QR CodeQR Code

İran yeni təlimlərə başladı

16 May 2012 06:42

IslamTimes - İranın silahlı qüvvələri ölkənin şərqində yeni hərbi təlimlər və manevrlərə başlayıb


"Habertürk" bildirir ki, Xorasan-Rəzavi və Cənubi Xorasan vilayətində bu gün başlayan manevrlərdə on minlərlə hərbçi iştirak edir.

Quru qoşunları komandanı, korpus generalı Əhməd Rza Purdestanın dediyinə görə, "manevrlərin başlıca məqsədi ordunun döyüş hazırlığı səviyyəsini artırmaq"dır.

Təlimlərdə İranın Hərbi-Hava Qüvvələri də iştirak edəcəklər. Purdestanın dediyinə görə, təlimlər 3 gün davam edəcək.

Bu arada İran və Omanın ilin sonlarına yaxın Bəndər-Abbas limanı yaxınlığında birgə təlimlər keçirəcəyi də ehtimal olunur.


Story Code: 162358

News Link :
https://www.islamtimes.org/az/news/162358/iran-yeni-təlimlərə-başladı

Islam Times
  https://www.islamtimes.org