QR CodeQR Code

Ərdoğan yayılan xəbəri "uydurma" adlandırıb

XezerXeber , 19 May 2012 06:45

IslamTimes - Ərdoğan Uludərə hadisəsi ilə bağlı ABŞ mətbuatında yayılan xəbəri "uydurma" adlandırıb


Bolqarıstanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələrinə açıqlama verib.

Baş nazir bildirib ki, Uludərə hadisəsi ilə əlaqədar Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisi lazım olan məlumatı verib və ABŞ mətbuatında yer alan xəbər Birləşmiş Ştatlar hökumətini pis vəziyyətə salmaq məqsədi güdür.

Bu xəbəri "uydurma" adlandıran Ərdoğan deyib: "Qurumlar lazım olan açıqlamanı verib. Pilotsuz təyyarələr TSQ-nin əmri ilə hərəkət ediblər. Bəlkə də bu xəbərlə, ABŞ-dakı seçkilərlə bağlı mövcud hökuməti pis vəziyyətə salmaq istəyirlər. Mən bunu məhz belə dəyərləndirirəm".


Story Code: 163175

News Link :
https://www.islamtimes.org/az/news/163175/ərdoğan-yayılan-xəbəri-uydurma-adlandırıb

Islam Times
  https://www.islamtimes.org