QR CodeQR Code

MAQATE-nin icraçı direktoru və müavini İrana səfər edəcək

19 May 2012 06:47

IslamTimes - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) icraçı direktoru Yukiya Amano mayın 20-də İrana səfər edəcək.


APA-nın məlumatına görə, bu barədə MAQATE-nin Vyanadakı ofisi açıqlama yayıb. Bildirilib ki, İranla agentlik arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması üçün Y. Amano və MAQATE-nin icraçı direktorunun müavini, Tehranın nüvə proqramı üzrə eksperti Herman Nakerts İrana səfər edəcək. Onların İranın rəsmiləri ilə görüşəcəyi açıqlanıb.
Qeyd edək ki, İranla MAQATE arasında növbəti müzakirələr mayın 21-də keçiriləcək.


Story Code: 163176

News Link :
https://www.islamtimes.org/az/news/163176/maqate-nin-icraçı-direktoru-və-müavini-irana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org