MAQATE-nin icraçı direktoru və müavini İrana səfər edəcək
Story Code : 163176
APA-nın məlumatına görə, bu barədə MAQATE-nin Vyanadakı ofisi açıqlama yayıb. Bildirilib ki, İranla agentlik arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması üçün Y. Amano və MAQATE-nin icraçı direktorunun müavini, Tehranın nüvə proqramı üzrə eksperti Herman Nakerts İrana səfər edəcək. Onların İranın rəsmiləri ilə görüşəcəyi açıqlanıb. Qeyd edək ki, İranla MAQATE arasında növbəti müzakirələr mayın 21-də keçiriləcək.