QR CodeQR Code

Qubada sürücülər etiraza qalxıb

Turan,deyerler , 21 May 2012 15:18

İslamtimes - Sürücülər rüsumun qaldırırlmasını etirazla qarşılayıblar.


Quba şəhər Nəqliyyat Departamentinin şəhərdaxili marşrut avtobuslarda rüsum haqqını qardırmasına qtiraz olaraq sürücülər aksiya keçiriblər. Bu haqda Turan-a Helsinki Assambleyası Azərbaycan Milli Komitəsinin Quba nümayəndəsi Avtandil Məmmədli bildirib.

Onun sözlərinə görə, rüsum haqqı 10 manatdan 50 manata qaldırılıb. Quba şəhər daxili arşrutların 25-30 sürücüsü etiraz olaraq tətilə başlamaq istəyib. Hadisə yerinə polis qüvvələri gəlsə də sürücülərə elə bir təzyiq olmayıb. Bundan sonra şəhər Nəqliyyat Departamentinin əməkdaşları hadisə yerinə gəliblər.

Son məlumatlara görə, sürücülərlə departament əməkdaşları arasında danışıqlar gedir. Yaxın 2-3 saat ərzində danışıqların nəticəsi məlum olacaq.


Story Code: 163984

News Link :
https://www.islamtimes.org/az/news/163984/qubada-sürücülər-etiraza-qalxıb

Islam Times
  https://www.islamtimes.org