QR CodeQR Code

Putindən sonra Mərkəzi Asiya ölkələrinin rəhbərləri də NATO-nun sammitində iştirakdan imtina ediblər

21 May 2012 21:02

IslamTimes - Beş Mərkəzi Asiya ölkəsinin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderləri, habelə Ermənistan prezidenti NATO-nun Çikaqoda keçiriləcək sammitində iştirakdan imtina ediblər.


ABŞ-da müşahidəçilər hesab edir ki, imtinanın arxasında Moskvanın “xahişi”, daha doğrusu, Vladimir Putinin tövsiyələri durur.

Bir neçə həftə əvvəl rəsmi Bakı da Novruz Məmmədovun vasitəsilə yönünü dəyişəcəyi və Qərblə əməkdaşlıqdan imtina edəcəyi hədə-qorxusu gəlib. Vaşinqtonda müşahidəçilər hesab edirlər ki, bu ifadələr 6 MDB ölkəsinin sammitdə iştirakdan imtinası ilə eyni səbəbə dayanır.

Vaşinqtondakı mənbələr hesab edirlər ki, Moskva KTMT hərbi-siyasi ittifaqının möhkəmləndirilməsi və onun NATO-nun real alternativinə çevrilməsi üzrə addımlar atmaq niyyətindədir.

Azərbaycana gəlincə, yerli ekspertlər hesab edir ki, bu vəziyyətdə Bakı növbəti dəfə təzadlardan Vaşinqton və Moskvanın maraqlarının qarşıdurmasından istifadə etməyə çalışacaq. /Deyerler/


Story Code: 164067

News Link :
https://www.islamtimes.org/az/news/164067/putindən-sonra-mərkəzi-asiya-ölkələrinin-rəhbərləri-də-nato-nun-sammitində-iştirakdan-imtina-ediblər

Islam Times
  https://www.islamtimes.org