QR CodeQR Code

Səid Cəlili Eştonla görüşüb

23 May 2012 11:26

IslamTimes - Bu gün 5+1 ilə İran arasında ötən ayın ortalarında baş tutmuş danışıqların davamı keçiriləcək.


İran İslam Respublikası Milli Ali Təhlükəsizlik Şurası Baş Katibi və nüvə proqramı üzrə baş müzakirəçisi Səid Cəlili Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eştonla görüşüb.

İranla 5+1 arasında görüş öncəsi baş tutan bu görüşdə Səid Cəlili və Eşton son fikirlərini bir-biri ilə bölüşəcək. Bu görüşün Bağdad vaxtı ilə saat 9-da, 5+1 ilə İran nümayəndələri arasında isə müzakirələrin saat 11-də keçiriləcəyi bildirilir.

Avropa İttifaqının Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ötən ayın ortalarında baş tutmuş danışıqların ilk mərhələsində mətbuat konfransı keçirərək, müzakirələrdən razı qaldığını bildirmişdi.


Story Code: 164610

News Link :
https://www.islamtimes.org/az/news/164610/səid-cəlili-eştonla-görüşüb

Islam Times
  https://www.islamtimes.org