QR CodeQR Code

“Rusiya NATO-nun Gürcüstan barədə qərarından təəssüflənir”

24 May 2012 22:56

IslamTimes - Aleksandr Lukaşeviç: “Rəsmi Moskva NATO-nun Çikaqo sammitinin bəyanatını təəssüf və narahatlıqla qəbul edir”


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya hesab edir ki, NATO 2008-ci ilin avqust hadisələrindən nəticə çıxarmayıb: “Cənubi Qafqazda ən mürəkkəb məsələlərdən biri də Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında mehriban qonşuluq münasibətlərini bərpa etməkdir. Rəsmi Moskva NATO-nun Çikaqo sammitinin bəyanatını təəssüf və narahatçılıqla qəbul edir. Bu bəyanat Rusiyanın Cənubi Osteyia və Abxaziyanın müstəqilliyini tanınması haqqında qərarını yenidən gözdən keçirməyə çağırıb: “Şübhəsiz ki, NATO 2008-ci ilin avqustunda baş verən faciəvi hadisələrdən prinsipial nəticə çıxarmayıb”.


Story Code: 165206

News Link :
https://www.islamtimes.org/az/news/165206/rusiya-nato-nun-gürcüstan-barədə-qərarından-təəssüflənir

Islam Times
  https://www.islamtimes.org