0
Thursday 24 May 2012 - 22:56

“Rusiya NATO-nun Gürcüstan barədə qərarından təəssüflənir”

Story Code : 165206
“Rusiya NATO-nun Gürcüstan barədə qərarından təəssüflənir”
“Rusiya NATO-nun Gürcüstan barədə qərarından təəssüflənir”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya hesab edir ki, NATO 2008-ci ilin avqust hadisələrindən nəticə çıxarmayıb: “Cənubi Qafqazda ən mürəkkəb məsələlərdən biri də Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında mehriban qonşuluq münasibətlərini bərpa etməkdir. Rəsmi Moskva NATO-nun Çikaqo sammitinin bəyanatını təəssüf və narahatçılıqla qəbul edir. Bu bəyanat Rusiyanın Cənubi Osteyia və Abxaziyanın müstəqilliyini tanınması haqqında qərarını yenidən gözdən keçirməyə çağırıb: “Şübhəsiz ki, NATO 2008-ci ilin avqustunda baş verən faciəvi hadisələrdən prinsipial nəticə çıxarmayıb”.
Comment