QR CodeQR Code

Qərb İranla münasibətdə Rəhbərin fətvasını nəzərə almalıdır

Islamtimes , 29 May 2012 23:58

Islamtimes - Livan Prezidenti Mişel Suleyman deyib ki, Qərb İrana münasibətdə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin nüvə silahına qarşı verdiyi fətvasını nəzərə almalıdır.


islamtimes.org/az/ - Bazar ertəsi günü Livan prezidenti deyib: “İslam İnqilabının Rəhbəri belə bir fətva verdiyi halda gərək Qərb İranla münasibətdə bu fətvaya əsaslansın və İrana qarşı yersiz ittihamlardan əl çəksin.”

Livan prezidenti bu açıqlamanı İranın Livandakı səfiri Qəzənfər Roxnəbəndi ilə görüşündə edib.

22 fevralda Ayətullah Xamenei çıxış edərək bildirib ki, İran xalqı heç vaxt nüvə silahı əldə etmək fikrində olmayıb və olmayacaq da.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri Tehranı nüvə proqramını hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər.
İranlı səfir isə öz növbəsində Suriyada Livan vətandaşlarını əsir götürən Suriya silahlı dəstələrini tənqid edib.

Roxbəndi İran Prezidenti Mahmud Əhmədnejatın Livan torpaqlarının İsrail işğalından azad edilməsinin 12-ci il dönümü münasibətliə Livan prezidentinə təbrik mesajını çatdırıb.


Story Code: 166718

News Link :
https://www.islamtimes.org/az/news/166718/qərb-iranla-münasibətdə-rəhbərin-fətvasını-nəzərə-almalıdır

Islam Times
  https://www.islamtimes.org