QR CodeQR Code

50 Şiə Müsəlman zəvvar terror hücumu nəticəsində şəhid və yaralnmışdır

Islamtimes , 11 Jun 2012 23:43

Islamtimes - Hücum nəticəsində 6 Şiə Müsəlman şəhid edilmiş, digər 40 nəfər isə yaralanmışdır. Yaralıların çoxunun vəziyyəti isə ağır olaraq qalır.


islamtimes.org/az/ - Yerli televiziyanın verdiyi məlumata görə bazar ertəsi günü səhər saatlarında Baloçistanda sərnişin avtobusuna hücum nəticəsində 6 Şiə Müsəlman şəhid edilmiş, digər 40 nəfər isə yaralanmışdır. Yaralıların çoxunun vəziyyəti isə ağır olaraq qalır.

Hadisə Baloçistan əyalətinin cənub qərbində yerli vaxtla 9:20-də 50-dən çox sərnişin daşiyan avtobusa hücum nəticəsində baş vermişdir.

Avtobus əyalət paytaxtı olan Quettadan Noşkiyə doğru hərəkət edirdi.
İlkin məlumata görə avtobusun daxildən yoxsa xaricdən partladıldığı bilinmir.

Rəsmilər 2 nəfərin ölümünü təsdiqləyiblər. Dövlət televiziyasının verdiyi məlumata görə qadın və uşaq da daxil olmaqla 50 nəfər insane yaralanmış və 6 insan isə şəhid olmuşdur.

Polisin bildirdiyinə görə bombalı hücumun hədəfi partlayışdan 1 dəqiqə əvvəl hadisə yerindən keçən Şiə zəvvarların avtobusu olmuşdur.

Ümumiyyətlə Baloçistanda Şiə cəmiyyətinə qarşı dini ayrıseçkilik dəfələrlə müşahidə edilmiş və bunun nəticəsində xeyli insan həlak olmuşdur.


Story Code: 170358

News Link :
https://www.islamtimes.org/az/news/170358/50-şiə-müsəlman-zəvvar-terror-hücumu-nəticəsində-şəhid-və-yaralnmışdır

Islam Times
  https://www.islamtimes.org