QR CodeQR Code

ABŞ İranın dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq haqqını tanıyıb

Islamtimes , 19 Jun 2012 22:44

Islamtimes - ABŞ İranın sülh məqsədləri üçün nüvə enerjisinə sahib olmaq haqqını tanıyaraq deyib ki, Vaşinqton problemin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır.


islamtimes.org/az/ - ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin bu açıqlamanı bazar ertəsi günü Meksikada Los Kabosda görüşləri zamanı demişdilər.

Bəyanatda deyilir: “Bizim ümumi məqsədimiz problemi mərhələli şəkildə, ümumi yanaşma yolu ilə həll etməkdir və biz İran ilə altılıq ölkə arasında olan danışıqları, məxsusən də 18-19 iyunda Moskvada keçirilən danışıqlardan çox şey gözləyirik.”

Obama təkid edərək bildirib ki, İranın nüvə enerji proqramı üzərində yaranan problemi diplomatik danışıqlar yolu ilə həll etməyə hələ də vaxt və məkan var.

Bu açıqlama Moskvada İran və 5+1 dövlətləri arasında olan danışıqların başlamasından bir neçə saat qabaq edilmişdir.

İki günlük Moskva danışıqları İraq və Türkiyə danışıqlarının növbəti mərhələsidir.
İran və 5+1 dövlətləri aprel ayının ortalarında İstanbulda danışıqlar apardıqdan sonra may ayında Bağdadda 3 plenar iclas keçirmişdilər.


Story Code: 172700

News Link :
https://www.islamtimes.org/az/news/172700/abş-iranın-dinc-məqsədlər-üçün-nüvə-enerjisinə-sahib-olmaq-haqqını-tanıyıb

Islam Times
  https://www.islamtimes.org