QR CodeQR Code

Obama və Ərdoğan 40 dəqiqə nəyi müzakirə etdi?

20 Jun 2012 20:25

IslamTimes - Suriyada partlayışlar törədərək mülki əhalini qətliam edən və özünü müxalifət kimi tanıtdıran qrup ABŞ və müttəfiqləri tərəfindən himayə olunur


"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Los-Kabos şəhərində keçirilən G20 sammitinə qatılmaq üçün Meksikaya yollanan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb.

İclasın keçirildiyi məkanda baş tutan bu görüş 40 dəqiqə sürüb. Görüş zamanı Suriyadakı vəziyyətin əsas mövzu olaraq müzakirə edildiyi xəbər verilir. Suriyadakı vəziyyətin pisləşdiyini iddia edən tərəflər mövzuya beynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini bildiriblər.

Bu görüşdə Ərdoğanın müavini Əli Babacan, Xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə maliyyə naziri Mehmet Şimşək və AK Partiyanın sədr müavini Ömər Çəlik də iştirak edib.


Story Code: 172936

News Link :
https://www.islamtimes.org/az/news/172936/obama-və-ərdoğan-40-dəqiqə-nəyi-müzakirə-etdi

Islam Times
  https://www.islamtimes.org