0
Wednesday 20 June 2012 - 20:25

Obama və Ərdoğan 40 dəqiqə nəyi müzakirə etdi?

Story Code : 172936
Obama və Ərdoğan 40 dəqiqə nəyi müzakirə etdi?
Obama və Ərdoğan 40 dəqiqə nəyi müzakirə etdi?
"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Los-Kabos şəhərində keçirilən G20 sammitinə qatılmaq üçün Meksikaya yollanan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb.

İclasın keçirildiyi məkanda baş tutan bu görüş 40 dəqiqə sürüb. Görüş zamanı Suriyadakı vəziyyətin əsas mövzu olaraq müzakirə edildiyi xəbər verilir. Suriyadakı vəziyyətin pisləşdiyini iddia edən tərəflər mövzuya beynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini bildiriblər.

Bu görüşdə Ərdoğanın müavini Əli Babacan, Xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə maliyyə naziri Mehmet Şimşək və AK Partiyanın sədr müavini Ömər Çəlik də iştirak edib.
Comment