QR CodeQR Code

"Wikileaks"in təsisçisi sığınmağa yer arayır

21 Jun 2012 10:17

IslamTimes - Culiyan Assanj bildirib ki, məhkəmələrə ABŞ hökümətinin sənədlərini internetdə dərc etdiyi üçün çəkilir.


"Wikileaks" saytının təsisçisi Culian Asanj (Julian Assange) ötən gecəni Ekvadorun Londondakı səfirliyində keçirib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Culian Asanj Ekvador hökümətindən siyasi sığınacaq istəyib.

Culiyan Assanj Britaniyadan İsveçə ekstradisiya olunmaqdan yayınmağa çalışır. O, Ekvador hökumətindən siyasi sığınacaq istəyib

İsveçdə "Wikileaks" saytının təsisçisinə qarşı 2 qadına seksual zəmində sataşma və təcavüz maddəsi əsasında ittiham irəli sürülüb.

Britaniya höküməti yaranmış vəziyyətin çözümünün tapılması üçün Ekvador hökumətilə "işləyəcəyini" bildirib.

"Wikileaks" saytının təsisçisi onun siyasi motivlərə görə təqib olunduğunu bəyan edir. O, bildirib ki, məhkəmələrə ABŞ hökümətinin sənədlərini internetdə dərc etdiyi üçün çəkilir.


Story Code: 173051

News Link :
https://www.islamtimes.org/az/news/173051/wikileaks-in-təsisçisi-sığınmağa-yer-arayır

Islam Times
  https://www.islamtimes.org