0
Thursday 21 June 2012 - 10:17

"Wikileaks"in təsisçisi sığınmağa yer arayır

Story Code : 173051
"Wikileaks"in təsisçisi sığınmağa yer arayır
"Wikileaks"in təsisçisi sığınmağa yer arayır
"Wikileaks" saytının təsisçisi Culian Asanj (Julian Assange) ötən gecəni Ekvadorun Londondakı səfirliyində keçirib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Culian Asanj Ekvador hökümətindən siyasi sığınacaq istəyib.

Culiyan Assanj Britaniyadan İsveçə ekstradisiya olunmaqdan yayınmağa çalışır. O, Ekvador hökumətindən siyasi sığınacaq istəyib

İsveçdə "Wikileaks" saytının təsisçisinə qarşı 2 qadına seksual zəmində sataşma və təcavüz maddəsi əsasında ittiham irəli sürülüb.

Britaniya höküməti yaranmış vəziyyətin çözümünün tapılması üçün Ekvador hökumətilə "işləyəcəyini" bildirib.

"Wikileaks" saytının təsisçisi onun siyasi motivlərə görə təqib olunduğunu bəyan edir. O, bildirib ki, məhkəmələrə ABŞ hökümətinin sənədlərini internetdə dərc etdiyi üçün çəkilir.
Comment