QR CodeQR Code

Rusiya Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu bir daha bildirib

Islamtimes , 26 Jun 2012 22:56

İslamtimes - Rusiya prezidenti Vladimir Putin bir daha xəbərdarlıq edərək bildirib ki, Rusiya Suriyaya xarici müdaxiləyə qarşıdır.


islamtimes.org/az/ - Putin bazar ertəsi günü Qüdsdə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra deyib: “Ərəb Baharı başlayan ilk anlardan bəri Rusiya vurğulayaraq bildirib ki, demokratik dəyişikliklər sivil şəkildə, heç bir xarici müdaxilə olmadan baş verməlidir.”

O həmçinin Suriya münaqişəsində əli olan hər kəsi masa arxasına dəvət edərək bildirib ki, Ərəb ölkəsində baş verən münaqişənin yeganə həlli yolu danışıqlar yoludur.

O bütün münaqişələrin beynəlxalq qanunlar əsasında həll edilməli olduğunu deyərək bildirib ki, dağıntı və hərbi yol ilə hər hansı bir münaqişənin həll edilməsi qəbul edilən deyil.

Moskva Suriyada beynəlxalq konfransın keçirilməsini istəyir və artıq bu yönümdə İran, İraq, İordaniya və Avropa ölkələri ilə müzakirələr aparıb.


Story Code: 174592

News Link :
https://www.islamtimes.org/az/news/174592/rusiya-suriyaya-hərbi-müdaxiləyə-qarşı-olduğunu-bir-daha-bildirib

Islam Times
  https://www.islamtimes.org