QR CodeQR Code

Səudiyyə tərəfindən himayə edilən Bəhreyn qüvvələri yenidən etirazçılara hücum ediblər

Islamtimes , 30 Jun 2012 12:41

İslamtimes - Səudiyyə Ərəbistanın himayəsi altında olan Bəhreyn rejiminin qüvvəlləri paytaxt Manamada Ali Xəlifə rejiminə qarşı etiraz edən nümayişçilərə qarşı hücum ediblər.


Cümə axşamı günü Bəhreyn etirazçıları rejimin nümayişçilərə qarşı qəddar hərəkətlərinə baxmayaraq etiraz əlaməti olaraq yenidən küçələrə çıxıblar.

Rejim qüvvələri Ali Xəlifənin hakimiyyətdən getməsi şüarları ilə çıxış edən nümayişçilərə göz yaşardıcı qazlardan və rezin güllələrdən istifadə edərək hücuma keçib.

Çərşənbə günü Bəhreyn qüvvələri qadın hüquq müdafiəçisi olan Zeynəb əl Xavajı göz yaşardıcı qaz balonu vasitəsilə ayağından vuraraq yaralayıblar.

2011-ci ilin fevral ayından bəri başlayan məşhur inqilablardan bəri demək olar ki, Bəhreyndə hər gün etiraz nümayişləri keçirilir.

Nümayişlər zamanı rejim qüvvələrinin etirazçılara qarşı hücumu zamanı xeyli insan həyatını itirmiş və yaxud da yaralanmışdılar.
Nümyaişçilər ölüm və həbslərə görə Kral Həməd bin İsa Əl Xəlifəni günahkar bilirlər.


Story Code: 175485

News Link :
https://www.islamtimes.org/az/news/175485/səudiyyə-tərəfindən-himayə-edilən-bəhreyn-qüvvələri-yenidən-etirazçılara-hücum-ediblər

Islam Times
  https://www.islamtimes.org