QR CodeQR Code

İsrail əsgəri 9 yaşlı fələstinlini təpiklədi

4 Jul 2012 10:32

IslamTimes - Polis təşkilatı daha sonra hadisəyə görə üzr istəyib


İsrail hərbçisinin fələstinli azyaşlı uşağı döyməsinin kadrları yayılıb. “B`Tselem” qrupunun aktivi tərəfindən çəkilmiş kadrlarda İspail əsgərinin 9 yaşlı Əbdürrəhman Bukranı təpikləriyi görünür. Hadisə İsrailin Hevron şəhərində meydana gəlib. Şahidlərin bildirdiyinə görə, yanından keçdiyi israilli əsgər Bukranın qolundan tutaraq, “niyə problem yaradırsan?” – deyə soruşur. Bu vaxt yaxınlaşan başqa bir İsrail əsgəri isə qorxudan ağlayan 9 yaşlı uşağı təpikləyir.

“Times of İsrael” qəzetinin yaydığı məlumata görə, İsrail sərhəd polis təşkilatı hadisəyə görə üzr istəyib və faktla bağlı istintaq başladıb.  /Islam-azeri/


Story Code: 176588

News Link :
https://www.islamtimes.org/az/news/176588/israil-əsgəri-9-yaşlı-fələstinlini-təpiklədi

Islam Times
  https://www.islamtimes.org