QR CodeQR Code

Kürdlər Suriya müxalifətinin görüşünü tərk etdilər

Islamtimes , 5 Jul 2012 00:51

İslamtimes - Suriyalı Kürdlər Qahirədə keçirilən Suriya müxalifətinin görüşünü tərk etdikdən sonra görüş təpik və yumruqların yer aldığı küçə davasına çevrildi.


islamtimes.org/az/ - Röyterin bildirdiyinə görə Milli Kürd Konsulluğunun nümayəndəsi Əbdul Əzi Osman deyib: “Kürdlərin konfransı tərk etməyinə səbəb konfransda Kürd xalqının tanınması haqda fikirin rədd edilməsi oldu.”

O əlavə edərək deyib: “Bu ədalətsizdir və biz heç vaxt istifadə olunmağımıza imkan verməyəcəyik.”

Bazar ertəsi günü görüşün başlanğıcında Ərəb Liqasının baş katibi Nəbil Əl Ərəbi Suriya müxalifətini Suriya hökumətinə qarşı birləşməyə çağırdı.

Ərəb Liqası tərəfindən təşkil edilmiş görüşə Suriya müxalifətinin 250 üzvü qatılmışdır.

Həmin gün Rusiya Xarici İşlər Naziri Serqey Lavrov deyib ki, Moskva 6 iyulda Parisdə keçiriləcək Suriyanın Dostları görüşünə qatılmayacaq.

O deyib: “30 iyunda Cenevrədə yaradılan Suriya Hərəkət Qrupu münaqişənin digər forum və ya görüşlərdə müzakirə edilməsini ehtiyacsız edir.”

O əlavə edərək deyib: “Suriyanın Dostları qrupunun başlanğıcdan bəri bir məqsədi var, o da xaricdən dəstək alan Suriya müxalifətini dəstəkləməkdir.”

ABŞ, Britaniya, Almaniya, Fransa, Səudiyyə Ərəbistan və Qətər bu qrupun aparıcı üzvləridir.


Story Code: 176766

News Link :
https://www.islamtimes.org/az/news/176766/kürdlər-suriya-müxalifətinin-görüşünü-tərk-etdilər

Islam Times
  https://www.islamtimes.org