QR CodeQR Code

Sarkozi sığınacaq ardınca

6 Jul 2012 21:17

IslamTimes - Fransanın sabiq prezidenti polisin onun evinə hücumundan bir qədər əvvəl xanımı ilə birlikdə Kanadaya qaçıb


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Fransanın sabiq prezidenti Nikola Sarkozinin yaxın dostları bildiriblər ki, Sarkozi həyat yoldaşı ilə Kanadaya üz tutmazdan öncə polisin onların evinə gələcəyində xəbərdar imiş.

Sabiq prezidentin həyat yoldaşı ilə birlikdə Kanadaya üz tutmasından bir qədər sonra korrupsiya halları ilə mübarizə polisi onun evində axtarış həyata keçirib. Sarkozi bu dəqiqəyədək özü olay haqqında açıqlama verməsə də, onun yaxın dostları deyir ki, Sarkozi uyğun axtarış haqda öncədən məlumatlı imiş. Elə bu üzdən də tez aradan çıxıb.

Xatırladaq ki, Nikola Sarkozi hazırda Fransanın ən varlı xanımı Lilian Betankurdan rüşvət almaqda ittiham edilir.


Story Code: 177055

News Link :
https://www.islamtimes.org/az/news/177055/sarkozi-sığınacaq-ardınca

Islam Times
  https://www.islamtimes.org