0
Friday 6 July 2012 - 21:17

Sarkozi sığınacaq ardınca

Story Code : 177055
Sarkozi sığınacaq ardınca
Sarkozi sığınacaq ardınca
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Fransanın sabiq prezidenti Nikola Sarkozinin yaxın dostları bildiriblər ki, Sarkozi həyat yoldaşı ilə Kanadaya üz tutmazdan öncə polisin onların evinə gələcəyində xəbərdar imiş.

Sabiq prezidentin həyat yoldaşı ilə birlikdə Kanadaya üz tutmasından bir qədər sonra korrupsiya halları ilə mübarizə polisi onun evində axtarış həyata keçirib. Sarkozi bu dəqiqəyədək özü olay haqqında açıqlama verməsə də, onun yaxın dostları deyir ki, Sarkozi uyğun axtarış haqda öncədən məlumatlı imiş. Elə bu üzdən də tez aradan çıxıb.

Xatırladaq ki, Nikola Sarkozi hazırda Fransanın ən varlı xanımı Lilian Betankurdan rüşvət almaqda ittiham edilir.
Comment