QR CodeQR Code

Liviyada parlament seçkiləri

7 Jul 2012 08:21

IslamTimes - Bu gün Liviyada Ümummilli Konqresə seçkilər keçiriləcək.


Seçki komissiyasının sədri Nuri əl-Abbarın sözlərinə görə, 2,8 milyon liviyalı, yəni səsvermə hüququ olan vətəndaşların 80%-i seçkilərdə iştirak etmək istədiyini bildiriblər. Parlamentdəki 200 yerə 2639 namizəd iddia edir. Onların arasında həm müstəqil namizədlər, həm də 142 siyasi təşkilatın irəli sürdüyü şəxslər var. 100 mandat ölkənin qərb bölgəsinə, 60 mandat şərq bölgəsinə, 40 mandat isə cənub bölgəsinə düşəcək.

Ümummilli Konqres keçid hökumətini və konstitusiya komissiyasını formalaşdıracaq. Sözügedən komissiya iki ay ərzində yeni Konstitusiyanı hazırlayaraq onu referenduma çıxarmalıdır. Konstitusiya təsdiqlənsə, Liviyada yarım il ərzində yeni parlament və prezident seçkiləri keçirilməlidir.


Story Code: 177119

News Link :
https://www.islamtimes.org/az/news/177119/liviyada-parlament-seçkiləri

Islam Times
  https://www.islamtimes.org