QR CodeQR Code

İsveçrə ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalardan boyun qaçırır

Islamtimes , 7 Jul 2012 21:58

Islamtimes - İsveçrə Avropa Birliyinin İslam Respublikasına qarşı tətbiq etdiyi və 1 iyulda qüvvəyə minən sanksiyalardan boyun qaçıraraq İrandan neft almasını davam etdirir.


islamtimes.org/az/ - İqtisadi İşlər üzrə İsveçrə Federal Şöbəsi bildirib ki, ABŞ və Avropa Birliyindən olan təziqlərə baxmayaraq İsveçrə İran neftinin alınmasına qoyulan embarqoya tabe olmayacaq.

İsveçrə bildirib ki, İran neftinin, kimyəvi maddələrinin alışı, satışı və transportu haqda qərarı ticarət edən tərəflərin özləri verməlidirlər.

İsveçrə xəbər agentliyinin İsveçrə Xarici İşlər nazirliyinə verdiyi suala cavab olaraq nazir bildirmişdir ki, İsveçrə İran ilə yaxşı münasibətləri davam etdirmək istəyir.

Aprel ayında İsveçrə hökuməti Avropa Birliyi sanksiyalarının tərkib hissəsi olan İran Mərkəzi Bankı ilə olan əməliyyatların dondurulması haqda qərarı da rədd etmişdir.

Keçən ay ABŞ-ın İseveçrədəki səfiri Donald Beyer İsveçrə hökumətinin ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi snksiyalardan boyun qaçırdığı üçün narazılığını bildirmişdir.

1 iyulda ABŞ-ın təziqi ilə Avropa Birliyi İrana qarşı sanksiyaların yeni mərhələsini başlatmış oldu.


Story Code: 177287

News Link :
https://www.islamtimes.org/az/news/177287/isveçrə-abş-və-avropa-birliyinin-irana-tətbiq-etdiyi-sanksiyalardan-boyun-qaçırır

Islam Times
  https://www.islamtimes.org