QR CodeQR Code

Annan Suriyaya hərbi müdaxilə istəmir

11 Jul 2012 13:27

IslamTimes - Annan qeyd edib ki, İran Suriya böhranının həllində mühüm rol oynayır.


Cenevrədə Suriya böhranı üzrə keçirilən konfransın yekunları üzrə qərara alınıb ki, bu problemin həlli zamanı hərbi müdaxilədən qaçmaq lazımdır. Bu barədə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi elçisi Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə birgə mətbuat konfransında bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MEHR agentliyi xəbər verir.

"Suriya böhranının həllində münaqişə edən hər iki tərəfin silahı yerə qoymasına nail olmaq, eləcə də hərbi müdaxilədən qaçmaq lazımdır. Böhran sülh yolu ilə həll olunmalıdır", - Annan qeyd edib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədlə görüşdə münaqişənin həlli yolları müzakirə olunub.

Annan qeyd edib ki, İran Suriya böhranının həllində mühüm rol oynayır.

Öz növbəsində, İran XİN-in rəhbəri Salehi bildirib ki, bəzi ölkələr Annanın sülh planı çərçivəsində qəbul edilən müsbət ölçülərdən narahat olublar. Ona görə də, onlar xüsusi nümayəndənin fəaliyyətinə mane olmağa çalışırlar.


Story Code: 178253

News Link :
https://www.islamtimes.org/az/news/178253/annan-suriyaya-hərbi-müdaxilə-istəmir

Islam Times
  https://www.islamtimes.org