QR CodeQR Code

Hörmüz qorxusu ABŞ-da nigarançılığa səbəb oldu

11 Jul 2012 20:14

IslamTimes - 11 həftədən sonra ABŞ-da yenidən benzinin qiymətində sıçrayış müşahidə edilib.


"IslamTimes" "Christian Science Monitor" qəzetinə istinadən xəbər verir ki, ABŞ-da 11 həftədən sonra yenidən benzinin qiymətinə nəzarət əldən çıxıb. Belə ki, Birləşmiş Ştatlarda son günlər hər qallon benzin 5 sent bahalaşaraq 3 dollar 38 sentə çatıb. Hətta bir neçə Ştatda hər qallon benzinin qiyməti 26 sent bahalaşıb.

İqtisadçılar bu artımın müvəqqəti olduğu haqda və yay fəslində davam edib-etməyəcəyi ilə bağlı şübhədə olduqlarını bildiriblər.

ABŞ əhalisi və sürücülər isə iyul ayında bu artımın davam edəcəyini güman edirlər.

Ekspertlər uyğun bahalaşmanın İrana qarşı yönəlmiş sanksiyalar və Hörmüz boğazının bağlanacağı ehtimalı ilə əlaqəli olduğunu bildirirlər.


Story Code: 178351

News Link :
https://www.islamtimes.org/az/news/178351/hörmüz-qorxusu-abş-da-nigarançılığa-səbəb-oldu

Islam Times
  https://www.islamtimes.org