QR CodeQR Code

Yasir Ərafatın ölüm səbəbi açıqlandı

12 Jul 2012 23:15

IslamTimes - Fələstinin sabiq rəhbəri Yasir Ərəfatın zəhərləndirilərək öldürüldüyü üzə çıxıb.


Fələstinin sabiq rəhbəri Yasir Ərəfatın ölüm səbəbi açıqlandı. Bu haqda Yasir Ərəfatın ölüm səbəbini araşdıran tibbi komissiyanın rəhbəri Abdullah əl-Bəşir rəsmi açıqlama verib. O, keçmiş Fələstin liderinin zəhərlənərək öldüyünü bildirib. Bu da onun rəsmən zəhərləndirilərək öldürüldüyünü sübuta yetirmiş olur.

Qeyd edək ki, Yasir Ərəfat 2004-cü ildə noyabr ayının 11-də hospitalda dünyasını dəyişib. Araşdırma komissiyası Fransadan onun ölümü ilə bağlı lazımı məlumatlar əldə etmək istəsə də, nədənsə Fransa buna rədd cavabı vermişdi. Ekspertlər onun zəhərli və radioaktiv maddə olan polonium-210 vasitəsi ilə öldürüldüyünü təsdiq ediblər.


Story Code: 178700

News Link :
https://www.islamtimes.org/az/news/178700/yasir-ərafatın-ölüm-səbəbi-açıqlandı

Islam Times
  https://www.islamtimes.org