QR CodeQR Code

İspaniyada etiraz aksiyaları böyüyür

XezerXeber , 14 Jul 2012 08:02

IslamTimes - Əlavə dəyər vegisinin qaldırılması işçiləri küçələrə çıxarıb


Üç gündür ki, İspaniyada etiraz aksiyaları vüsət alıb. Etirazlara baş nazir Mariano Rajoyun verdiyi açıqlamalar və Nazirlər Kabinetinin Əlavə Dəyər Vergisinin artırılması, müavinətlərin kəsilməsi barədə qəbul etdiyi qərarlar səbəb olub.

Başda Madrid olmaqla ölkənin bir çox şəhərlərində işçilər küçələrə çıxıb. Üç gün ərzində hakimiyyətdəki Xalq Partiyasının, nazirliklərin binaları qarşısına toplaşan aksiya iştirakçıları «Oğrular», «Hökumət pulumuzu banklara verir», «İstefa» şüarları səsləndirirlər. Bu gün isə aksiya iştirakçıları Sol meydanında toplaşıblar.


Story Code: 178921

News Link :
https://www.islamtimes.org/az/news/178921/ispaniyada-etiraz-aksiyaları-böyüyür

Islam Times
  https://www.islamtimes.org