0
Saturday 14 July 2012 - 08:02

İspaniyada etiraz aksiyaları böyüyür

Story Code : 178921
İspaniyada etiraz aksiyaları böyüyür
İspaniyada etiraz aksiyaları böyüyür
Üç gündür ki, İspaniyada etiraz aksiyaları vüsət alıb. Etirazlara baş nazir Mariano Rajoyun verdiyi açıqlamalar və Nazirlər Kabinetinin Əlavə Dəyər Vergisinin artırılması, müavinətlərin kəsilməsi barədə qəbul etdiyi qərarlar səbəb olub.

Başda Madrid olmaqla ölkənin bir çox şəhərlərində işçilər küçələrə çıxıb. Üç gün ərzində hakimiyyətdəki Xalq Partiyasının, nazirliklərin binaları qarşısına toplaşan aksiya iştirakçıları «Oğrular», «Hökumət pulumuzu banklara verir», «İstefa» şüarları səsləndirirlər. Bu gün isə aksiya iştirakçıları Sol meydanında toplaşıblar.
Source : XezerXeber
Comment