QR CodeQR Code

Hökumətə qarşı inqilabi çıxışlar dalğası Mədinə şəhərini bürüyüb

14 Jul 2012 22:30

IslamTimes - Səudiyyə Ərəbistanında hökumətə qarşı inqilabi çıxışlar dalğası Mədinə şəhərini bürüyüb. Mədinə sakinləri etiraz aksiyasında fəal iştirak edirlər


"FarsNews" xəbər verir ki, ölkənin hüquq-mühafizə qüvvələri müxalifətin şiə liderlərindən olan şeyx Nəmər Baqer əl-Nəmərə və onu müşaiyət edənlərə hücüm ediblər. Hücum nəticəsində şeyx xəsarət alıb və naməlum istiqamətdə aparılıb. Hazırda Səudiyyə Ərəbistanının Əl-Şərqiyyə əyalətinə gənclərin inqilabi çıxışlarının qarşısının alınması üçün hökumət ordusu yerləşdirilib.

Əl-Katif şəhərinin tanınmış alimləri və ictimai xadimləri kral Abdalla ben-Əbdül Əzizə ölkədə toqquşmaların qarşısının alınması üçün islahatlar həyata keçirilməsi, əsir götürülmüş şeyx Əl-Nəmərin azad olunması üçün müraciət ediblər.

İnqilabçıların bəyanatında deyilir ki, əks tədqirdə gözləniməyən nəticələrə görə, məsuliyyəti hökumət daşıyacaq. Hökumətə 5 günlük möhlət verilir. Əgər tələblər həyata keçirilməsə, Daxili İşlər Naziliyinin yerli idarələri hücuma məruz qalacaq və ölkənin şərqində yerləşən qazma qurğuları yandırılacaq”. (SalamNews)


Story Code: 179130

News Link :
https://www.islamtimes.org/az/news/179130/hökumətə-qarşı-inqilabi-çıxışlar-dalğası-mədinə-şəhərini-bürüyüb

Islam Times
  https://www.islamtimes.org