QR CodeQR Code

Suriyada döyüşən liviyalı silahlı müsahibə verib

18 Jul 2012 09:39

IslamTimes - Tunisin tanınmış Əş-Şuruk qəzeti Liviya əsilli olan və Suriyaya döyüşmək üçün yollanan Hazem Mimin müsahibəsini dərc edib.


O, müsahibəni Liviyanın Əl-An xəbər agentliyinə verib. Döyüşçü, Suriyada rejim əleyhinə vuruşanların Afrika əsilli və digər Ərəb dövlətlərindən gələn məhbəs həyatı yaşamış cinayətkarlar olduğunu etiraf edib. Hazem özü isə Suriyaya müxalifətə dəstək olaraq Suriya Ordusuna qarşı vuruşmaq üçün yollandığını iddia edir. Amma bəzi qaranlıq səbəblərə görə bir neçə aydan sonra geri qayıdıb. Hazem əvvəl İdlib və Hələbdə vuruşub. Daha sonra Hama vilayətinə üz tutaraq "Əmmar bin Yasir" batalyonuna üzv olub. Onun Suriyaya girişini isə Türkiyə Təhlükəsizlik əməkdaşları həyata keçirib.

Hazem partlayıcı qurğuların hazırlanmasında və istifadəsində təcrübəli olduğundan Azad Suriya Ordusuna lazımlı əməkdaş kimi cəlb edilib. Hazem Mimin Suriyadan vuruşmayaraq vətəninə dönməsi bir neçə naməlum səbəblərə görə olub. O bu səbəblərin hamısını müsahibədə qeyd etməyib. Bir məsələni qeyd edib ki, Suriya ordusu tərəfindən öldürülən silahlıların cəsədləri müxaliflər tərəfindən yandırılırdı. Əsasən də qara dərili silahlıların meyidləri yandırılaraq tanınmaz hala gətirilirdi ki, Suriya müxalifəti üçün bu hal problem yaratmasın. Çünki Suriyada əcnəbi terrorçuların vuruşması məsələsinə Qərb inanmır daha doğrusu inanmaq istəmir.


Story Code: 180078

News Link :
https://www.islamtimes.org/az/news/180078/suriyada-döyüşən-liviyalı-silahlı-müsahibə-verib

Islam Times
  https://www.islamtimes.org