0
Wednesday 18 July 2012 - 09:39

Suriyada döyüşən liviyalı silahlı müsahibə verib

Story Code : 180078
Suriyada döyüşən liviyalı silahlı müsahibə verib
Suriyada döyüşən liviyalı silahlı müsahibə verib
O, müsahibəni Liviyanın Əl-An xəbər agentliyinə verib. Döyüşçü, Suriyada rejim əleyhinə vuruşanların Afrika əsilli və digər Ərəb dövlətlərindən gələn məhbəs həyatı yaşamış cinayətkarlar olduğunu etiraf edib. Hazem özü isə Suriyaya müxalifətə dəstək olaraq Suriya Ordusuna qarşı vuruşmaq üçün yollandığını iddia edir. Amma bəzi qaranlıq səbəblərə görə bir neçə aydan sonra geri qayıdıb. Hazem əvvəl İdlib və Hələbdə vuruşub. Daha sonra Hama vilayətinə üz tutaraq "Əmmar bin Yasir" batalyonuna üzv olub. Onun Suriyaya girişini isə Türkiyə Təhlükəsizlik əməkdaşları həyata keçirib.

Hazem partlayıcı qurğuların hazırlanmasında və istifadəsində təcrübəli olduğundan Azad Suriya Ordusuna lazımlı əməkdaş kimi cəlb edilib. Hazem Mimin Suriyadan vuruşmayaraq vətəninə dönməsi bir neçə naməlum səbəblərə görə olub. O bu səbəblərin hamısını müsahibədə qeyd etməyib. Bir məsələni qeyd edib ki, Suriya ordusu tərəfindən öldürülən silahlıların cəsədləri müxaliflər tərəfindən yandırılırdı. Əsasən də qara dərili silahlıların meyidləri yandırılaraq tanınmaz hala gətirilirdi ki, Suriya müxalifəti üçün bu hal problem yaratmasın. Çünki Suriyada əcnəbi terrorçuların vuruşması məsələsinə Qərb inanmır daha doğrusu inanmaq istəmir.
Comment