QR CodeQR Code

İsrailin yeni hiyləsi

18 Jul 2012 11:48

IslamTimes - İşğalçı İsrail ordusunun kəşfiyat rəisi General Mayor Aviv Kochavi Knesset deputatlarının qarşısında çıxış edərək, Suriyada baş verənlərdən narahat olduğunu bildirib.


O, Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin təhlükə ilə üzləşəcəyini bildirib.

Aviv Kochavi çıxışında iddia edib ki, Əsəd rejimi iki aydan iki ilə qədər davam gətirə biləcəkdir. Buna maddi sübut kimi Suriyada baş verən video görüntülər İsrail Knessetində nümayiş etdirilib. Ləzzətlə müsəlmanların bir-birləri ilə vuruşmasını izləyən İsrail deputatları sonradan yenidən generalın məruzəsinin davamını dinləyiblər. Kəşfiyatçı general çıxışı zamanı Suriya İsrail sərhədində olan Qolan yüksəklikləri haqda danışıb. Bildirib ki, Əsəd rejimi ilə İsrail arasında ciddi düşmənçilik hökm sürsə də amma hələ ki, Qolan yüksəklikləri məsələsi sakit olaraq qalırdı. Generalın iddia edib ki, silahlılar hakimiyyətə gəlsə bu məsələ yenidən gündəmə gələcəkdir və İsrail Suriya qarşıdurması yarana biləcəkdir. Kəşfiyatçı İranı və Hizbullahı da yaddan çıxartmayıb. Onun sözlərinə görə, artıq İran və Hizbullah bu barədə planlar cızıblar. Ona görə də, İsrail hər məsələni ciddi izləməli və qabaqcadan tədarük görməlidir.


Story Code: 180120

News Link :
https://www.islamtimes.org/az/news/180120/israilin-yeni-hiyləsi

Islam Times
  https://www.islamtimes.org