QR CodeQR Code

Regionun təhlükəsizliyi tam İranın nəzarəti altındadır

18 Jul 2012 12:35

İslamtimes - İran hərbi dəniz komandiri Admiral Həbibullah Səyyari deyib ki, İslam Respulikası bütün regiona nəzarət edir və regionda təhlükəsizliyi təmin edir.


Admiral Səyyari deyib: “İran İslam Respublikasının nəzarəti əsasında regionda təhlükəsizlik höküm sürür.”
O əlavə edərək deyib: “Bütöv region üzərində idarəçiliyi olan dövlət regiondakı sülhü əldə saxlamaq üçün gərək əlində olan bütün imkanlardan istifadə etsin.”
Keçən illər ərzində İran müdafiə sahəsində xeyli nailiyyətlər əldə etmiş, ordusunu müasir tipli silahlarla təmin etmiş və müxtəlif təlimlər keçməklə öz hərbi qüdrətini dünyaya nümayiş etdirmişdir.
İran dəfələrlə dövlətləri, məxsusən də qonşu dövlətləri əmin edərək bildirmişdir ki, onun hərbi gücü heç bir dövlətə təhlükə deyil və bu gücdən yalnız ölkənin müdafiəsini təmin etmək üçün istifadə olunur.
2011-ci ilin dekabrında İran Hərbi Donanması Hörmüz boğazının şərq hissəsindən başlayaraq Ədən körfəzinə kimi ərazidə 10 günlük Vilayət 90 adlı təlimlər keçirmişdilər.


Story Code: 180132

News Link :
https://www.islamtimes.org/az/news/180132/regionun-təhlükəsizliyi-tam-iranın-nəzarəti-altındadır

Islam Times
  https://www.islamtimes.org