QR CodeQR Code

ABŞ Rusiyanın Suriya münaqişəsini həll etmə üslubu ilə razılaşmayıb

Islamtimes , 18 Jul 2012 21:30

Islamtimes - Moskvanın Suriyaya xarici hərbi müdaxiləyə qarşı bəyanatlarına baxmayaraq və ABŞ-ın Dəməşq rejimini devrilməsi üçün çağırışlar etdiyi bir müddətdə Rusiya ilə ABŞ arasında fikir ayrılığı daha da kəskinləşmişdir.


islamtimes.org/az/ - ABŞ dövlət katibi Hillari Klinton bazar ertəsi günü Şərqi Qüdsdə mətbuat konfransı zamanı çıxış edərək deyib: “Biz Təhlükəsizlik Şurasına təziqlər göstərməyi davam etdirəcəyik. Həmçinin Rusiyaya da təziqlər göstərəcəyik və inanırıq ki, Suriya rejimi çox yaşamayacaq.”

O bu açıqlamanı Rusiya Xarici İşlər naziri Serqey Lavrovun Suriya daxili işlərinə xarici müdaxiləni tənqid etdikdən və Suriyaya hərbi müdaxilə etmək üçün Qərbin Moskvanı şantaj etdiyini bildirdikdən sonra etmişdir.

Lavrov deyib ki, Qərbin təhdidlərindən məqsəd Rusiya Yaxın Şərqə müdaxiləyə razı olmadığı təqdirdə BMT-nin Suriyaya sülh missiyasının davam etməsinin qarşısını almaqdan ibarətdir.

O deyib: “Biz Cenevrə konvensiyasına əsaslanmayan Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçməsinə icazə verməyəcəyik.” Rusiyalı diplomat bu açıqlamanı BMT Ərəb Liqası nümayəndəsi Kofi Annan ilə görüşməzdən əvvəl etmişdir.

Rəsmi Moskva dəfələrlə bildirib ki, Suriyanın güc strukturlarında dəyişiklik yalnız danışıqlar yolu ilə həll edilməlidir.


Story Code: 180247

News Link :
https://www.islamtimes.org/az/news/180247/abş-rusiyanın-suriya-münaqişəsini-həll-etmə-üslubu-ilə-razılaşmayıb

Islam Times
  https://www.islamtimes.org