QR CodeQR Code

Azərbaycanda hərbi hissənin bazası yanır, yaralananlar var

19 Jul 2012 11:51

IslamTimes - Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Qobustan rayonunda yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib.


Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. /Milli.Az/


Story Code: 180397

News Link :
https://www.islamtimes.org/az/news/180397/azərbaycanda-hərbi-hissənin-bazası-yanır-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org