QR CodeQR Code

ABŞ və İsrail rəsmiləri Suriyaya hərbi hücumun təfərrüatlarını müzakirə ediblər

İslamtimes , 20 Jul 2012 15:38

İslamtimes - ABŞ və İsrail rəsmiləri Tel Əviv rejiminin Suriyanın silah bazalarına hücum edib etməməyini müzakirə ediblər.


islamtimes.org/az/ - 18 iyulda New York Times-ın verdiyi məlumata görə ABŞ rəsmiləri İsraillə Suriya silah bazalarını İsrail ordusunun dağıtması haqqında müzakirələr aparıblar.

Məlumata görə Vaşinqton bu cür hücumu dəstəkləməyib.
New York Times həmçinin Ağ Ev rəsmilərinə istinad edərək bildirib ki, ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Donilon bir sıra rəsmilər ilə Suriya böhranını müzakirə etmək üçün İsraildə olmuşdur.

Hesabat Suriyanın paytaxtı Dəməşqdə yerləşən Milli Təhlükəsizlik Bürosunda baş verən partlayışda Suriya müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini Asef Şovkət və vitse prezidentin köməkçisi Həsən Turkmani öldürüldükdən sonra açıqlanmışdır.

Daxili işlər naziri Muhəmməd İbrahim əl Şaar və Milli Təhlükəszilik Bürosunun rəhbəri Hişam Bixtiyar hücum nəticəsində yaralanmışdır.


Story Code: 180617

News Link :
https://www.islamtimes.org/az/news/180617/abş-və-israil-rəsmiləri-suriyaya-hərbi-hücumun-təfərrüatlarını-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org