QR CodeQR Code

Zabitimiz şəhid oldu

21 Jul 2012 05:09

IslamTimes - Orduda daha bir itki. Azərbaycan Silahlı Qüvvələrinin zabiti şəhid olub. Rejimin başı isə əyləncə məclislərinə qarışıb.


APA-nın məlumatına görə, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun baş leytenantı Cəfər İbrahim oğlu Cəfərov düşmən gülləsinə tuş gələrək şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, C. Cəfərov Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılıb.


Story Code: 180724

News Link :
https://www.islamtimes.org/az/news/180724/zabitimiz-şəhid-oldu

Islam Times
  https://www.islamtimes.org