0
Saturday 21 July 2012 - 05:09

Zabitimiz şəhid oldu

Story Code : 180724
Zabitimiz şəhid oldu
Zabitimiz şəhid oldu
APA-nın məlumatına görə, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun baş leytenantı Cəfər İbrahim oğlu Cəfərov düşmən gülləsinə tuş gələrək şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, C. Cəfərov Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılıb.
Comment