QR CodeQR Code

Bakıda partlayış

23 Jul 2012 00:18

IslamTimes - Bakıda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bazar günü Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib.
Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və aidiyyətı üzrə təhvil verilib. /HaqqYolu/


Story Code: 181263

News Link :
https://www.islamtimes.org/az/news/181263/bakıda-partlayış

Islam Times
  https://www.islamtimes.org