0
Monday 23 July 2012 - 00:18

Bakıda partlayış

Story Code : 181263
Bakı - Azərbaycan
Bakı - Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bazar günü Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib.
Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və aidiyyətı üzrə təhvil verilib. /HaqqYolu/
Comment