QR CodeQR Code

Amerikalılar işləmək üçün xaricə gedir

28 Jul 2012 04:42

IslamTimes - "American Wave" şirkəti tərəfindən açıqlanan hesabatda, xaricə getmək istəyən 25-34 yaş arasındakı amerikalıların sayının son 2 ildə 5 dəfə artdığı göstərilib


Bir vaxtlar dünyanın bir çox yerindən işləmək üçün qonaq qəbul edən Amerikada, indi küləklər tərsinə əsməyə başlayıb. 2008-ci ildə baş verən maliyyə böhranından sonra ölkədə işsizlərin sayında xeyli artım müşahidə olunub. Maralısı isə budur ki, ABŞ-da işsizlərin sayı artıqca ölkədən kənarda iş axtaranların da sayı durmadan artır. FaktXeber.com-un verdiyi məlumata görə, "American Wave" şirkəti tərəfindən açıqlanan hesabatda, xaricə getmək istəyən 25-34 yaş arasındakı amerikalıların sayının son 2 ildə 5 dəfə artdığı göstərilib.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi, amerikalıların 6 faizdən çoxunun xaricə işləməyə və oxumağa getdiyini açıqlayıb. Bu faiz nisbəti isə Amerika tarixinin ən yüksək rəqəmi hesab olunur. Digər tərəfdən gənc və parlaq beyinlər də işləmək üçün ABŞ əvəzinə artıq iqtisadiyyatı yüksələn Brazilya, Çin, Rusiya və Latın Amerikanı seçməyə başlayıb. Gənc amerikalılar arasında da xaricdə yaşamaq və işləmək istəyənlərin sayı günü-gündən artır. Araşdırmalara görə, ABŞ-da 18-24 yaşlı gənclərin 40 faizi ölkədən xaricdə işləmək istəyir, bu nisbət isə 2009-cu illə müqayisədə 15 faiz artımın müşahidə olduğunu göstərir. /FaktXeber/


Story Code: 182739

News Link :
https://www.islamtimes.org/az/news/182739/amerikalılar-işləmək-üçün-xaricə-gedir

Islam Times
  https://www.islamtimes.org