QR CodeQR Code

Şeyx Nəmirin vəziyyəti getdikcə ağırlaşır

29 Jul 2012 13:33

IslamTimes - “Ayətullah Nəmirin digər xəstəxanaya köçürülməsi xəbəri rəsmi dairələr tərəfindən bizə bildirilib”


"Əl Aləm" telekanalının verdiyi xəbərə görə, Ali-Səud rejimi Ayətullah Şeyx Nəmirin Əddəmam hərbi xəstəxanasından Ərriyadda yerləşən təhlükəsizlik xəstəxanasına köçürülməsinə göstəriş verib.

Lakin şeyx Nəmirin səhhəti haqqında heç bir məlumat verilməyib. Yaxınları bildirir ki, Ayətullah Baqir Nəmirin səhhəti o qədər ağırlaşıb ki, onu hərbi xəstəxanada saxlamağa qorxublar.

Şeyx Nəmirin qardaşı xəbəri təsdiq edib: “Ayətullah Nəmirin köçürülməsi xəbəri rəsmi dairələr tərəfindən bizə bildirilib”.
Xatırladaq ki, Ayətullah Şeyx Nəmir iki həftə öncə öz əkin sahəsindən evinə döndüyü zaman Ərəbistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən atəşə məruz qalaraq ayaq nahiyəsindən ağır yaralanaraq təcridxanaya köçürülmüşdü. Şeyxin sürücüsü isə atəş zamanı dünyasını dəyişib. /SəhərTV/


Story Code: 183179

News Link :
https://www.islamtimes.org/az/news/183179/şeyx-nəmirin-vəziyyəti-getdikcə-ağırlaşır

Islam Times
  https://www.islamtimes.org