QR CodeQR Code

Bolqarıstan İsrail əlaqələri gərginləşib

İslamtimes , 1 Aug 2012 14:33

İslamtimes - Rəsmi Sofianın İranı terror aktına cəlb etməkdən imtina etməsi Bolqarıstan İsrail əlaqələrini gərginləşdirib.


islamtimes.org/az/ - ABŞ-ın nüfuzlu qəzetlərindən birinin verdiyi məlumata görə Bolqarıstan rəsmilərinin İsrailin İranı İsrail avtobusunun partladılmasında günhakar bilməsi təklifini rədd etdiyi üçün Sofia və Tel Əviv arasında münasibətlər gərginləşib.

18 iyulda Bolqarıstanın cənubunda İsrail turistlərini daşıyan avtobusun partlaması nəticəsində ən azı 7 nəfər həlak olmuş və otuz nəfər isə yaralanmışdır.

Məlumatda həmçinin deyilir ki, Bolqarıstan rəsmiləri partlayışın kimlər tərəfindən həyata keçirildiyi haqda ictimaiyyətə açıqlama verməyib.

İran İsrailin partlayışın arxasında İranın durduğu iddiaların qəti şəkildə rədd edərək demişdir ki, partlayışın arxasında Tel Əvivin özü durur.

İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst dünyanın hər bir yerində baş verən terro aktlarını pisləmiş və Bolqarıstanda baş verən partlayışda İranın əli olmadığını bildirmişdir.


Story Code: 184071

News Link :
https://www.islamtimes.org/az/news/184071/bolqarıstan-israil-əlaqələri-gərginləşib

Islam Times
  https://www.islamtimes.org