QR CodeQR Code

ABŞ böyük təhlükə ilə üz-üzə

2 Aug 2012 11:23

IslamTimes - ABŞ öz tarixinin ən genişmiqyaslı quraqlıq fəlakətinin məngənəsində


APA-nın məlumatına görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyi 12 ştatın 218 yaşayış məntəqəsini fəlakət bölgəsi elan edib. Rəsmi hesablamalara görə, quraqlıq səbəbilə ölkədə soyakimilərin istehsalı 37 faiz aşağı düşüb. Bu ay ölkədə qarğıdalı istehsalı da 20 faiz azalıb. Quraqlıq ümumilikdə 3 milyon 800 min hektar ərazini əhatə edir. Vəziyyət belə davam edərsə, ölkədə əsas kənd təsərrüfatı məhsullarının qiymətinin 4-5 faiz bahalaşacağı gözlənilir. Ekspertlər ABŞ-da süd və ət məhsullarının qiymətinin artmasının digər ölkələrə də təsir edəcəyini proqnozlaşdırır. Quraqlıqdan zərər çəkmiş fermerlərin 85 faizinə dəymiş ziyanı sığorta şirkətləri ödəyəcək.


Story Code: 184292

News Link :
https://www.islamtimes.org/az/news/184292/abş-böyük-təhlükə-ilə-üz-üzə

Islam Times
  https://www.islamtimes.org