QR CodeQR Code

Yəməndə partlayış: 25 ölü

5 Aug 2012 11:53

IslamTimes - Terror aktının arxasında "Əl-Qaidə"nin dayandığı ehtimal edilir


Yəmənin Abyan əyalətində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb. Ordu rəsmilərinin məlumatına görə, partlayış Caar şəhərində hərbçinin dəfni zamanı törədilib. Partlayışın arxasında "Əl-Qaidə" terror şəbəkəsinin dayandığı ehtimal edilir.

Qeyd edək ki, son 2 ay ərzində Abyan əyalətində hökumət silahlı qruplaşmalara qarşı mübarizəni gücləndirib. 2011-ci ildə isə Abyanın bir neçə şəhəri "Ənsar əl-Şəriət" qruplaşmasının nəzarəti altında idi./ans/


Story Code: 185061

News Link :
https://www.islamtimes.org/az/news/185061/yəməndə-partlayış-25-ölü

Islam Times
  https://www.islamtimes.org