QR CodeQR Code

İndoneziya İrandan neft idxalını davam etdirəcək

7 Aug 2012 19:57

IslamTimes - “İndoneziya ABŞ və Avropa Birliyinin birtərəfli sanksiyalarına baxmayaraq, İrandan neft idxalını davam etdirəcək”.


APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İndoneziyanın İrandakı səfiri bildirib. Onun sözlərinə görə, bu gün inkişaf etməkdə olan İndoneziya infrastrukturların qurulması, elm və texnologiya sahəsində İranın yüksək potensiallarından faydalanmaq istəyir: “İndoneziya İranla başda neft olmaqla ticarət əlaqələrinə və əməkdaşlığa ehtiyac duyur və bu əməkdaşlıq müddətini davam etdirəcək. İrana qarşı birtərəfli sanksiyaların təsiri yalnız bir ölkə ilə məhdud qalmaz, əksinə doğrudan və ya bilavasitə bir çox ölkəyə təsir edər”. Səfir deyib ki, İndoneziya İranla ticarət əlaqələrini siyasi əlaqələrə paralel olaraq inkişaf etdirmək istəyir: “Bəlkə bank sistemində bəzi problemlər yaşaya bilərik. Ancaq valyuta mübadiləsi məsələsini həll etmək üçün alternativ sistemlər də qura bilərik”.



Story Code: 185721

News Link :
https://www.islamtimes.org/az/news/185721/indoneziya-irandan-neft-idxalını-davam-etdirəcək

Islam Times
  https://www.islamtimes.org