QR CodeQR Code

Alimlər və xadimlər

ALLAHŞÜKÜR PAŞAZADƏ

adam.az , 19 Mar 2009 01:42

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri. 26 Avqust 1949-cu ildə Azərbaycanın Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur.


İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, "Təzə-pir məscidi"nin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardin-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.

Ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri seçilmişdir.

Elmi məqalələri:

"Qafqazda İslam", "İslamda şəhidlik", "Milli münasibətlər və din", "İslamda xalq və cəmiyyət" və s.

Mükafatları:

"Xalqlar arasında dostluq" ordeni (1988), (SSRİ), "Əl elm va əməl" ordeni (1992), (Misir), "Şöhrət"(1994) ordeni, (Misir), "İstiqlal" (1999) ordeni, (Azərbaycan), I Dərəcə Müqəddəs Vladimir ordeni (2001), (Rusiya-Rus Pravoslav Kilsəsi), "Şərəf" ordeni(2001) ilə təltif edilmişdir. (Gürcüstan)


Story Code: 1860

News Link :
https://www.islamtimes.org/az/news/1860/allahşükür-paşazadə

Islam Times
  https://www.islamtimes.org