0
1
comments
Thursday 19 March 2009 - 01:42
Alimlər və xadimlər

ALLAHŞÜKÜR PAŞAZADƏ

Story Code : 1860
ALLAHŞÜKÜR PAŞAZADƏ
İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, "Təzə-pir məscidi"nin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardin-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.

Ümumdünya İslam Konqresinin İdarə Heyətinin, Avrasiyanın İslam Şurasının İdarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri seçilmişdir.

Elmi məqalələri:

"Qafqazda İslam", "İslamda şəhidlik", "Milli münasibətlər və din", "İslamda xalq və cəmiyyət" və s.

Mükafatları:

"Xalqlar arasında dostluq" ordeni (1988), (SSRİ), "Əl elm va əməl" ordeni (1992), (Misir), "Şöhrət"(1994) ordeni, (Misir), "İstiqlal" (1999) ordeni, (Azərbaycan), I Dərəcə Müqəddəs Vladimir ordeni (2001), (Rusiya-Rus Pravoslav Kilsəsi), "Şərəf" ordeni(2001) ilə təltif edilmişdir. (Gürcüstan)
Source : adam.az
Comment


Azerbaijan
İlhaiyyatçı Hacı Şahin Həsənli: "Həzrət Fatimənin (s.ə) şəhadət günlərində onun adı ilə bağlı tikilən məscidin sökülməsi ilə əlaqədar verilən qərar Azərbaycan üçün biabırçılıqdır və xalqın inancına qarşı təhqirdir."

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov: "Bu qərarı verən şəxs Allaha və Xanım Fatiməyə (s.ə) müharibə elan edib. Düşünürəm ki, müsəlmanlar vəzifələrini dərk edib, qanun çərçivəsində Allah evinin müdafiəsinə qalxmalıdırlar".

"Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov: "Biz bu qərarı inanclı insanların hissləri ilə oynamaq kimi qiymətləndiririk. Bizim vəzifəmiz isə Quran və Əhli-Beyt yoludur. Onların göstərdikləri yola sadiq qalacağıq".

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu: "Bu qərar həm Allaha qarşı bir üsyan, həm də dövlətçiliyə qarşı bir sarsıdıcı zərbədir. Bu qərarla, əslində milli rəmzlərimizə, dəyərlərimizə, bayrağımıza həqarət edilib."

Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan: "Müsəlman ölkələrində başımızı aşağı salan qərardır. Heç şübhəsiz işin səbəbkarları Allah qarşısında ən böyük günaha mürtəkib olduqlarını bilirlər."

Fəzilət Partiyasının sədri Gündüz Hacıyev: "Bu qərar göstərdi ki, Azərbayc_anda müstəqil məkhəmə hakimiyyəti yoxdur. Məhkəmə bu gün hakimiyyətin siyasi qərarını elan etdi. Hakimiyyət xalqın milli-mənəvi dəyərlərinə hörmətsizlik etməklə xalqa müharibə elan edir."
Allah bunlari islah etsin, yoxsa bizim de axirimiz efqan xalqi kimi olar, omur boyu muharibe. Chunki biri gunah ishleyende digerleri susursa, Allah o topluluqa bela verir.