QR CodeQR Code

BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq

apa , 28 Aug 2012 08:16

IslamTimes - İğalçı İsrailin blokadası nəticəsində 2020-ci ilədək Qəzza zolağı həyat üçün yararsız vəziyyətə düşə bilər.


Hesabat müəlliflərinin fikrincə, blokada nəticəsində zolağın iqtisadiyyatı yaxın illərdə tamamilə sıradan çıxa bilər. Qəzza zolağında insanlar əsasən xaricdən maliyyələşmə və «tunel iqtisadiyyatı»nın hesabına yaşayırlar. Tunellər vasitəsilə Misirdən qida məhsulları, tikinti materialları, elektronika və avtomobil gətirilir.

Qəzza zolağında əsas problemlərdən biri içməli su qıtlığıdır. Yaxın illərdə zolaqda içməli suya olan tələbat 60% artmalıdır. Hesabat müəlliflərinin fikrincə, Qəzza zolağında təcili dəniz suyunun şirinləşdirilməsi üzrə zavod tikilməlidir. Əks halda artıq 2016-cı ildə zolaqda yerli içməli su tamamilə yoxa çıxa bilər.


Story Code: 190579

News Link :
https://www.islamtimes.org/az/news/190579/bmt-8-ildən-sonra-qəzza-zolağı-həyat-üçün-yararsız-olacaq

Islam Times
  https://www.islamtimes.org